Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bakının bəzi kənd və qəsəbələrində maşınlarla satılan suyun keyfiyyəti necədir?
İçməli su verilməyən ərazilərdə sakinlər suyu maşınlarla alırlar. Sakinlərdən bəziləri içməli suya olan tələbatını ödəmək üçün 30, bəziləri 40, bəziləri isə 50 manat xərcləyir.
Bəs, həmin su maşınlara haradan doldurulur?
Xezerxeber.az-ın xəbərinə görə, Binə qəsəbəsinin bir çox yerlərində əhali su problemi yaşayır. Həyətlərdə yalnız şor su çıxan quyular var ki, onlar da bir müddətdən sonra quruyur. Vaxtaşırı içməli suyu pulla alan qəsəbə sakinləri ayda 40-50 manat pul xərclədiklərini bildirirlər. Ancaq həmin sudan hər kəs razı deyil.
Su maşınlarının qiyməti məsafəyə görə dəyişir. İki kilometrlik məsafəyə 40-50 manat, yaxın məsafələrə isə 15-20 manat ödənilir.
Suyun təmizliyi, haradan doldurulduğu və bunun üçün xüsusi icazə kağızının olub-olmaması ilə maraqlandıq. Sattlarla əlaqə saxlasaq da, su satılan obyektin sahibi ilə görüşə bilmədik.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat Xidmətindən bildirildi ki, quruma aid maşınlarla əhaliyə su daşınırsa, maşının daxili səthinə və izolyasiyasına baxış keçirilir, mexaniki təmizləmə və xlor tərkibli reagentlərlə zərərsizləşdirmə işləri aparılır. Daha sonra suyun daşınmasına başlanılır.
Xidmətin nəzarətində olan maşınlar əhaliyə veriləcək suyu mərkəzləşdirilmiş magistral su şəbəkəsi nöqtələrindən götürür. Həmin nöqtələrə verilən sudan hər gün Mərkəzi Laboratoriya tərəfindən nümunə götürülür və analiz aparılır. Suyun keyfiyyətinə və sanitar-gigiyenik vəziyyətinə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti nəzarət edir və cavabdehdir. Qeyd olundu ki, qurumun balansında olmayan maşınlara nəzarət isə onların sahibləri tərəfindən həyata keçirilir. Bu işlərə görə Respublika Gigiyena və Epidemiologiya Mərkəzi məsuliyyət daşıyır.
Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov isə bildirdi ki, təmsil etdiyi qurumun sanitar pasportu olmadan heç kim su satışı ilə məşğul ola bilməz. Binə qəsəbəsində içməli suyu yalnız bir vaxtlar "Azərsu" ASC-nin çəkdirdiyi su xəttindən götürməyə icazə var. Su maşınlarının fəaliyyəti üçün isə mərkəzin xüsusi icazəsi olmalıdır. Ziyəddin Kazımov onu da qeyd edib ki, su maşınlarının vəziyyəti və daşıdığı sudan analiz nümunələri götürülür. Bu mərhələdən keçdikdən sonra sürücülərə sanitar pasport verilir.
Ətraflı videoda:
"Gigiyena və Epidemiologiya Mərkəzi" teqi üzrə xəbərlər
- Azərbaycanda məktəb uşaqları arasında SUÇİÇƏYİ YAYILIB
- 35 şirkətin rəhbəri həbs olundu: Bir neçə vəzifəli şəxsin qanunsuz əməlləri ifşa edildi
- Qalmaqallı uşaq evində ən SON VƏZİYYƏT
- Səhiyyə Nazirliyi suçiçəyi xəstəliyinə yoluxma ilə bağlı durumu açıqladı
- Yeni tədris ilində qızılcanın yayılmasının qarşısını necə almaq olar?
Rəylər