"Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi quduzluq xəstəliyinin qarşısını almaq üçün operativ epidemioloji nəzarət aparır. GEM-in əsas vəzifəsi insanların bu xəstəliyə yoluxmasının qarşısını almaq üçün müvafiq tədbirlərin həyata keçirməkdir".
Oxu.Az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi Təhlükəli İnfeksiyalar şöbəsinin müdiri Aytəkin Qurbanova açıqlayıb.
A.Qurbanova bildirib ki, respublika üzrə 2026-cü ilin ilk altı ayı ərzində 23 293 heyvan dişləməsi qeydə alınıb:
"Bunlardan 11 670 hadisə məlum heyvanlar (ev heyvanları - it, pişik), 11 108 hadisə naməlum heyvanlar (sahibsiz heyvanlar - it, pişik və siçovul) tərəfindən olub. Heyvan dişləməsinə məruz qalanların quduzluğa qarşı antirabik vaksinlə əhatə olunması təmin edilib. Hazırda tibb müəssisələrində kifayət qədər antirabik vaksin var".