Bakının Xətai rayonu ərazisində sakinlər su problemindən şikayət edir.
Oxu.Az-ın xəbərinə görə, bu barədə redaksiyamıza sakinlər tərəfindən məlumat verilib.
Söhbət rayonun Nəsirəddin Tusi 31, Kənd Əhmədli ərazilərindən gedir.
Ərazidə dünəndən suyun verilişində məhdudiyyətlər olduğu bildirilib.
“Azərsu” ASC-nin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı Oxu.Az-a açıqlamasında bildirib ki, sözügedən ərazilərdə hazırda heç bir problem yoxdur:
“Sözügedən ərazilərə rejimlə içməli suyun verilməsi təmin edilir. Su anbarında nasoslar səhər saat 06:00-da işə salınır. Ola bilər ki, bəzi binalara suyun qalxması zaman alsın, amma bu dəqiqə həmin ərazilərə normal təzyiqlə su verilir”.
Könül Cəfərli
Rəylər