Noyabrın 12-də axşam saatlarından təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkətinin məhdudlaşdırıldığı Mətbuat prospektinin Gr. Akim Abbasov küçəsi ilə kəsişməsindən Əbdülrəhim bəy Haqverdiyev küçəsi ilə kəsişməsinə qədər (Yasamal parkı) olan hissəsində hərəkət bərpa olunub.
Oxu.Az xəbər verir ki, Nəqliyyatın İntellektual İdarəetməsi Mərkəzindən daxil olan məlumata görə, təmir işləri başa çatdığı üçün həmin yolda nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.