Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
"Xızı şəhəri daxil olmaqla rayonun Tıxlı, Xələnc, Fındığan və Baxışlı kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranıb".
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
"Mozdok-Qazıməmməd" yüksəktəzyiqli magistral qaz kəmərindən ayrılan "Qaz İxrac" İdarəsinə məxsus "Xızı QPS qolu"nda baş vermiş qəza ilə bağlı 07.03.2025-ci il tarixdə saat 19:04-dən etibarən "Xızı" ölçü qovşağından qaz təchizatı dayandırılıb. Xızı şəhəri daxil olmaqla rayonunun Tıxlı, Xələnc, Fındığan və Baxışlı kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranıb. Təmir-bərpa işləri davam edir. 08.03.2025-ci il saat 10:00-dək qaz təchizatının bərpası planlaşdırılır", - məlumatda qeyd olunub.
Bu gün Bakının Xətai, Yasamal və Xəzər rayonlarının bəzi ərazilərin qaz təchizatında fasilə yaranacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, Xətai rayonu, M. Hadi küçəsində qaz xəttinin mövcud şəbəkəyə qoşulması, Yasamal rayonu, İzmir küçəsində qaz xəttinin təhlükəsiz əraziyə köçürülməsi, Xəzər rayonu, "Türkan-1" QPS-də yeni quraşdırılmış tənzimləyici qovşaqların birləşmə işlərinin aparılması məqsədilə martın 7-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Xətai rayonunun M.Hadi, S.Ə.Şirvani, Qaçaq Nəbi, Sarayevo, Yasamal rayonunun İzmir, Bakıxanov, 6-cı Nərimanov döngəsi yaşayış ərazilərinin, Xəzər rayonunun isə Türkan "Üzümçülük" və "Bağlar" yaşayış ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.