Dövlət Turizm Agentliyi və Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatçılığı ilə KİV nümayəndələri və peşəkar fotoqraflar arasında “Azərbaycanın turizm potensialını araşdıraq” mövzusunda keçirilən müsabiqənin nəticələri məlum olub.
Müsabiqəyə təqdim olunan materiallar müstəqil münsiflər heyəti tərəfindən qiymətləndirilib. Ümumilikdə üç kateqoriya təqdim edildi. Onlardan ikisində qaliblər üç deyil, dörddür, çünki hər iki iştirakçı eyni xal toplayıb.
Ən yaxşı məqalə:
I yer - Samirə Əli “Əsrlərdir saflığını qoruyan kənd –“Təbiət muzeyi”-ndən reportaj” reportajı (anews.az).
II yer - Cəmilə Ələkbərova (media.az) “Qarabağ mənzərəsi. Azərbaycan böyük turizm bazarına qayıdır – ANALİZ”
II yer - Samirə Kazımova (moscow-baku.ru) “Azərbaycanda səyahət edirik. Tarix, ekoturizm və şərabçılıq”.
III yer - Çingiz Səfərli “Qarabağın dark turizm potensialı: Erməni barbarlığını dünya daha yaxından görəcək” (trend.az)
Ən yaxşı telesüjet:
1-ci yer - Çinarə Qambayeva (AzTV) “Ağdam şəhəri işgüzar turizmin mərkəzi olacaq” süjeti.
II yer - Orxan Qurbanov (Baku TV) “Naxçıvan - qədim yurd yerimiz” süjeti.
III yer - Samir Oruc (AzTV) “Qarabağ və Şərqi Zəngəzurun turizm potensialı” süjeti.
III yer - Nuranə İbrahimova (ARB) “Naxçıvanın turizm imkanları genişlənir” süjeti.
Ən yaxşı fotoreportaj:
I yer - Anar Bayramlı
II yer - Fərqanə Qasımlı
III yer - Zaur Mustafayev