"2025-ci ildə Azərbaycanda 478 uşaq cinayət məsuliyyətinə cəlb edilib".
Oxu.Az-ın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış "Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi" adlı tədqiqat hesabatının və "Uşaqlar və Hüquq" adlı kitabın təqdimat mərasimində Baş prokuror Kamran Əliyev deyib.
O bildirib ki, il ərzində 784 uşaq isə zərərçəkmiş kimi tanınıb:
"Digər dövlətlərlə müqayisədə bu, böyük rəqəm deyil. Lakin çalışmalıyıq ki, uşaqlarla bağlı belə faktlar olmasın".
Qaynar xətt:
(055) 224 12 12