Havalar isindikcə yazlıq meyvə-tərəvəzlər də yavaş-yavaş bazarlara çıxarılmağa başlayıb.
Oxu.Az xəbər verir ki, Xəzər TV-nin əməkdaşları bazarlarda təzə çıxan yerli məhsulların qiymətləri ilə maraqlanıb.
Bazarlarda mövsümi meyvələr çiyələk və alça, tərəvəzlərdən isə xiyar, kök, kartof və turpdur.
Ancaq yazlıq meyvə-tərəvəzlər hələlik nübar olduğu üçün qiymətləri bir qədər bahadır.
Satıcıların sözlərinə görə, bazarda yerli məhsullar artdıqca qiymətlər də enəcək.
A.M.