Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bəhruz Əzimov: "TTKF-nin elektron portalına bu günə kimi 58 mindən çox müraciət daxil olub"
"Təhsil Tələbə Krediti Fondunun (TTKF) elektron portalına bu günə kimi 58 mindən çox müraciət daxil olub, 46 minə yaxın kredit müqaviləsi rəsmiləşib. Bu məqsədlə 41 milyon manata yaxın vəsait təhsil müəssisələrinin hesablarına köçürülüb".
Oxu.Az xəbər verir ki, bu fikirləri TTKF-nin 3 illik fəaliyyətinə dair keçirilən brifinqdə qurumun İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov deyib.
O qeyd edib ki, 3 il ərzində tələbə və məzunlar üçün ödənişsiz təlimlər təşkil olunub:
"Həmçinin onların müxtəlif təhsil forumları, iş yarmarkaları, karyera sərgilərində iştirak etmələrinə dəstək göstərilib, bu xüsusda onlarla gəncin işlə təmin edilməsinə nail olmuşuq. Məzunların işlə təmin olunmasına dəstək göstərmək üçün dövlət və özəl qurumlarla əməkdaşlıq əlaqələri qurulub, 30-dan çox müəssisə ilə Anlaşma Memorandumları imzalanıb. Beləliklə, 1000-dən çox tələbə təlimlərə cəlb olunub, 600-dan çox tələbə və məzun təcrübə proqramlarından yararlanıb".
Məhərrəm Əliyev
"Təhsil Tələbə Krediti Fondu" teqi üzrə xəbərlər
- Qiyabi təhsil alan tələbələrə təhsil krediti veriləcək?
- Təhsil tələbə krediti hər tələbəyə neçə dəfə verilir?
- Bəhruz Əzimov: "TTKF-dən yararlanmış 6500-dən çox tələbə məzun olub"
- Təhsil Tələbə Krediti Fondu hesabat brifinqi keçirir
- Tələbələrə yataqxana, dərslik və nəqliyyat üçün də kredit veriləcək?
Rəylər