Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
"Atletiko Madrid" rəsmiləri Tibo Kurtuanın xatirə lövhəsini sökdürdülər
"Real Madrid"in qapıçısı Tibo Kurtuanın şərəfinə "Atletiko Madrid" stadionu yaxınlığındakı quraşdırılmış xatirə lövhəsi onun keçmiş klubuna qarşı hörmətsizliyindən sonra sökdürülüb.
Oxu.Az "L'Equipe"ə istinadən xəbər verir ki, "Atletiko Madrid" tezliklə bununla bağlı qərarını açıqlayacaq.
Klubun ənənəsinə görə, paytaxt təmsilçisinin heyətində azı 100 oyun keçirən hər bir futbolçu madridlilərin "Əfsanələr xiyabanı"nda yer alır. Kurtua "Atletiko Madrid"də 154 oyun keçirib.
O, 2018-ci ildə "Real Madrid"ə keçib. Bundan sonra keçmiş klubunun azarkeşləri ona mütəmadi olaraq təzyiq göstərib, belçikalının xatirə lövhəsi bir neçə dəfə ləkələnib.
Tibo Kurtua 2011-2014-cü illərdə "Atletiko Madrid"də çıxış edib. O bu klubla Avropa Liqasının və İspaniya çempionatının qalibi olub.
"Tibo Kurtua" teqi üzrə xəbərlər
- Tibo Kurtuanın yaşıl meydanlara qayıdacağı tarix bəlli olub
- Andrey Luninin çıxışından narazı olan "Real Madrid" klubu yeni qapıçı axtarışına başlayıb
- Tibo Kurtua uzun müddət yaşıl meydanlardan uzaq qala bilər
- Tibo Kurtua uzun müddət yaşıl meydanlardan uzaq qalacaq
- "Real Madrid" və Mbappe nailiyyətə, Kurtua antirekorda imza atdı
Rəylər