Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bələdiyyələrin qanunsuz qərarları ləğv edildi - RƏSMİ
2020-ci ildə 10 478 hektar (ha) torpaq sahəsinin qanunsuz ayrılması barədə bələdiyyə aktlarının ləğv edilməsi ilə bağlı Ədliyyə Nazirliyi tərəfindən təkliflər və ya məhkəmələrə iddialar verilib.
Oxu.Az-ın məlumatına görə, bu barədə Milli Məclisin Regional məsələlər komitəsinin iclasında Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Rəhman Məmmədov bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında danışarkən deyib.
O bildirib ki, nəticədə 396 ha torpaq sahəsinin mülkiyyətə, 6 850 ha torpaq sahəsinin icarəyə və 971 ha torpaq sahəsinin istifadəyə verilməsi haqqında qanunsuz qərarlar ləğv edilib.
Bütövlükdə 8 217 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətinə qaytarılması təmin olunub.
Aqşin Kərimov
"Ədliyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya olunub
- Gənc hüquqşünaslar üçün qış düşərgəsi təşkil ediləcək
- Bizneslə bağlı zəruri məlumatların əks olunduğu icmal hazırlandı
- Öz arzusu ilə işdən çıxan ədliyyə işçisinə maaşının 6 misli məbləğində birdəfəlik müavinət veriləcək
- Fəridə Hacıyeva: "Bəzi bələdiyyələrdəki gender komissiyaları formal xarakter daşıyır"
Rəylər