Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bərbad vəziyyətdə olduğu üçün avtobusun işləmədiyi yol
Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsi, Əcəmi Naxçıvani küçəsinin yolları bərbad vəziyyətdədir.
Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, yol bərbad vəziyyətdə olduğundan bu ərazidən keçən avtobuslar da artıq yarıyoldan qayıtmağa məcbur olurlar.
Onlar deyirlər ki, aidiyyəti qurumlara müraciət etsələr də, yolun vəziyyəti dəyişilməz olaraq qalır.
Sabunçu Rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirildi ki, məsələ araşdırılaraq növbəti günlərdə açıqlama veriləcək.
Avtobusların sözügedən əraziyə girməməsi ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən isə bildirildi ki, sözügedən ərazidə yolun 900 metrlik hissəsinin qənaətbəxş olmaması və hərəkət təhlükəsizliyinin aşağı səviyyədə olması avtobusların nizamlı fəaliyyətinə təsir göstərir və nəqliyyat vasitələrinin mütəmadi sıradan çıxmasına səbəb olur. Yol infrastrukturu bərpa edildikdən sonra marşrut avtobusu köhnə sxem üzrə fəaliyyətini davam etdirəcək.
Ətraflı videomaterialda:
"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)" teqi üzrə xəbərlər
- Bakıda həftəsonu parklanmaya görə hələ də qanunsuz ödənişlər alınır?
- Sürücülərin NƏZƏRİNƏ: Bakıda küçələrin birində "sarı tor" təşkil edilib
- Bakının mərkəzi küçəsində aşan yol nişanı bərpa edilib
- Parklanmadan çıxanlar avtobus zolağını "tapdalayırlar"? - "Kamera çəkir və cərimə yazılır"
- Şəhərin mərkəzi küçəsində paradoks: Velosiped üçün zolaq ayrılıb, avtobusa yox
Rəylər