Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Bərdə sakinləri sahibsiz itlərin hədəfində
Bərdə rayonunda sakinlər sahibsiz küçə itlərinin çoxluğundan yaranan itqapma hallarına görə narahatdırlar. Onlar məsələ ilə bağlı müvafiq qurumlara müraciət etsələr də, heç bir nəticə əldə olunmayıb.
"İtlərin əlindən küçədə yerimək olmur, bir də görürsən ki, maşının altından, kolun dibindən çıxır, insanların üstünə cumur. Dəfələrlə demişik ki, bu sahibsiz itlərə kim baxırsa, götürüb aparsın. Uşaqlar küçədə gəzə, qadınlar suya gedə bilmirlər. Ağsaqqallar parkda dincələ bilmirlər", - Bərdə sakini narazılığını bildirib.
Bərdə Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, təkcə iyul ayı ərzində itqapma halları ilə bağlı 86 müraciət daxil olub və onların hər birinə quduzluq əleyhinə vaksinlər vurulub.
Bərdə Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidməti İdarəsindən qeyd edilib ki, itlərlə təmas nəticəsində baş verə biləcək xoşagəlməz nəticələrin minimuma endirilməsi üçün mübarizə tədbirləri aparılır: "Baytar həkimlərimiz itlərin daha sıx göründükləri yerlərdə - mal-qara satış bazarı və məişət tullantılarının atıldığı ərazilərdə aldadıcı yemlərin səpilməsini təşkil ediblər. İtqapma halları baş verdikdə, vətəndaşlara səhiyyə orqanlarına müraciət etmələri tövsiyə edilir".

"Sahibsiz it problemi" teqi üzrə xəbərlər
- Sumqayıt sakinlərinin sahibsiz it problemi: "Uşaqlarımızı qorxa-qorxa məktəbə aparırıq"
- "Tək bu gün 4-5 nəfər hücuma məruz qalıb" - Xırdalanda sahibsiz itlər problemi hələ də çözülməyib
- Binəqədidə məktəbin yaxınlığında sürü ilə İTLƏR DOLAŞIR
- Qubada küçə itlərinin hücumuna məruz qalan üç nəfərin son durumu AÇIQLANDI
- Şəkidə iki nəfər sahibsiz itlərin hücumuna məruz qalıb