Bərdə rayonunda güclü yanğın hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə rayonun Lənbəran kəndində yerləşən fermada qeydə alınıb.
Günorta saatlarında fermada ot bağlamaları alışıb. Nəticədə 1000-dən çox ot bağlaması yanıb.
Yanğının güclü olması səbəbindən əraziyə Bərdə rayon Yanğından Mühafizə xidmətinin yanğınsöndürən briqadaları ilə yanaşı, Ağdam rayonundan da kömək cəlb edilib.
Hazırda yanğının baş verməsinin səbəbləri araşdırılır.
Dursun Tağıyeva