Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Bəzi sosis və kolbasaların istehsalı dayandırılır: Tərkibində donuz DNT-si aşkarlanıb
Azərbaycanda sosis məhsulunun müayinəsi nəticəsində etiket məlumatında bəyan edilmədiyi halda tərkibində donuz əti DNT-si aşkarlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, istehlak bazarına nəzarət məqsədilə AQTA tərəfindən aparılan monitorinq zamanı "Best Beef" əmtəə nişanlı "Ocaq" sosis məhsulunun (11.11.2024-cü il istehsal tarixli) müayinəsi nəticəsində etiket məlumatında bəyan edilmədiyi halda tərkibində donuz əti DNT-si aşkarlanıb.
Bununla bağlı "Elite Food Company" MMC-yə məxsus kolbasa emalı müəssisəsində keçirilən plandankənar yoxlama zamanı 450 qramlıq "Best Beef" əmtəə nişanlı "Ocaq" sosisindən (07.01.2025-ci il istehsal tarixli) və 1.130 kiloqramlıq "Best Beef" əmtəə nişanlı bişmiş "Doktorskaya" kolbasasından (06.01.2025-ci il istehsal tarixli) nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Sınaq nəticəsinə əsasən, bu məhsullarda da donuz DNT-si müəyyən edilib.
Faktla bağlı sahibkar barəsində protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb edilib. Eyni zamanda, həmin məhsulların istehsalının dayandırılması, həmçinin emal edilmiş məhsul partiyalarının satışının qadağan olunması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.
"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA)" teqi üzrə xəbərlər
- Kərə yağı adı ilə satılan daha üç məhsulun tərkibində uyğunsuzluqlar aşkarlandı
- Azərbaycana gətirilən nektarin və şaftalı tinglərində VİRUS AŞKARLANDI
- "Azza"nın istehsal etdiyi yağ məhsulu satışdan yığışdırılır - SƏBƏB
- "Top Qapı" restoranında ciddi nöqsanlar aşkarlandı
- "Vətən" restoranında istehlaka yararsız məhsullar aşkarlandı