Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
![Maskın "OpenAI"ni təxminən 100 milyard dollara almaq istəyinə Altmandan əks-təklif](https://images.oxu.az/2025/02/11/olQdRS6TOwmC7HT7E0qUMAYsfpGZpOWlFibETHR4:1200.jpg)
Maskın "OpenAI"ni təxminən 100 milyard dollara almaq istəyinə Altmandan əks-təklif
Süni intellekt sahəsində ən perspektivli şirkətlərdən biri, məşhur "ChatGPT" çat-botunun yaradıcısı "OpenAI" üzərində nəzarət uğrunda ciddi mübarizə başlayıb. Amerikalı milyarder İlon Mask investorlar konsorsiumuna müraciət edərək qeyri-kommersiya təşkilatını 97.4 milyard dollar almağı təklif edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə "The Wall Street Journal" yazır.
Lakin "OpenAI"nin hazırkı rəhbəri Sem Altman bunun əleyhinə çıxıb. O, Maskın təklifinə cavab olaraq "X" sosial şəbəkəsini almağı təklif edib, bununla da Maskın "Twitter"i 44 milyarda alması ilə bağlı ötənilki sövdələşməsinə işarə edib.
"Xeyr, təşəkkür edirəm, amma istəsəniz, "Twitter"i 9.74 milyard dollara ala bilərik", - deyə o, istehza ilə özünün "X" hesabında yazıb.
Qeyd edək ki, iki biznesmen arasındakı münaqişənin dərin kökləri var. "OpenAI"nin təsisçilərindən olan, lakin 2018-ci ildə direktorlar şurasını tərk edən Mask, şirkətin kommersiyalaşma və "Microsoft" ilə əməkdaşlıq kursuna qarşıdır.
"OpenAI"nin açıq mənbəyə qayıtması vaxtı gəlib", - deyə Mask bildirib.
Bu mübarizədə Mask özünün "X.AI" süni intellekt startapı və bir sıra iri investorların dəstəyini qazanıb. Sövdələşmə baş tutacağı təqdirdə "OpenAI"nin "X.AI" ilə birləşdirilməsi planlaşdırılır. Mask həmçinin "Valor Equity Partners", "Baron Capital", "Atreides Management", "Vy Capital", "8VC" və digərləri daxil olmaqla bir neçə investorun dəstəyini alıb.
"OpenAI" teqi üzrə xəbərlər
- "ChatGPT" yaradıcısından möhtəşəm yenilik: Smartfonları əvəz edəcək qadcet hazırlanır
- ABŞ araşdırmaya başladı: "DeepSeek" Çində satışı qadağan olunmuş çiplərdən istifadə edib?
- "ChatGPT"yə meydan oxuyan "DeepSeek" sındırıldı və məxfi məlumatlara giriş əldə edildi
- "DeepSeek-R1" dünya bazarlarını və milyarderlərin sərvətlərini sarsıtdı
- "ChatGPT"nin çinli analoqu mobil tətbiq reytinqlərinə başçılıq edir
Rəylər