ABŞ-nin süni intellekt sahəsində tədqiqat təşkilatı olan "OpenAI" şirkəti keçmiş ordu naziri Daniel Driskollu milli təhlükəsizliyin modernləşdirilməsi üzrə baş məsləhətçisi vəzifəsinə işə götürüb. Qeyd edilir ki, o, kibertəhlükəsizlik məsələləri ilə məşğul olacaq.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
"Driskoll "OpenAI"a milli təhlükəsizliyin modernləşdirilməsi üzrə baş məsləhətçi kimi qoşulacaq, yüksək rəhbərlik və xarici tərəfdaşlarla işləyəcək", - deyə bildirilib.
O, süni intellekt mütəxəssislərinə milli təhlükəsizlik tələbatlarını anlamağa kömək edəcək, hökumətlərə, sənayeyə və akademik dairələrə süni intellektin modernləşdirilməsi ilə bağlı məsləhətlər verəcək.