Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.
Bu barədə Oxu.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, oktyabrın 12-si saat 15:00-a olan məlumatına əsasən Naxçıvan, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax , İsmayıllı, Altıağac, Quba, Xınalıq, Xaltan, Yevlax, Şabran, Cəfərxan, Göyçay, İmişli, Neftçala, Sabirabad, Şirvan, Mingəçevirdə, Bakıda və Abşeron yarımadasında şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Şahdağın 3000 metr yüksəkliklərinə qar yağıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 20, Naxçıvan MR-da və Aran rayonlarında 25, dağlıq rayonlarda 16 dərəcəyədək isti qeydə alınıb.
Oktyabrın 12-si saat 10:00-a olan faktiki hava açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, əvvəlcədən xəbər verildiyi kimi, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Qubada 4 mm, Qax (Sarıbaş), Gədəbəydə 3 mm, Şabran, Balakəndə 2 mm, Daşkəsən, Xaltan, Zaqatala, Şəki, İsmayıllı, Şəmkir, Cəfərxan, İmişli, Lənkəran, Gəncə, Goranboy, Ceyrançöl, Ağdam, Qusar, Şahdağ, Şahbuzda 1 mm olub.
Sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi arabir Daşkəsəndə 23 m/s, Culfada 17 m/s-dək güclənib.
Lerik, Qrız, Xaltan, Quba, Qusar, Qobustan, Şamaxı, Altıağac, Balakən, Şəki, Şəmkir, Naftalan, Göygöl, Daşkəsən, Gəncədə duman müşahidə olunub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 22, Naxçıvan MR-da 31, Aran rayonlarında 26, dağlıq rayonlarda 24 dərəcəyədək isti qeydə alınıb.
Rəylər