Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Biləsuvarda ətraf mühiti zibilləyənlər cəzalandırıldılar
Biləsuvarda ətraf mühiti məişət tullantıları ilə zibilləyən şəxslər inzibati məsuliyyətə cəlb olunublar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Oxu.Az-a verilən məlumata görə, sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı məişət tullantılarının müəyyən edilmiş yerlərdən kənara atılması, ətrafın zibillənməsi halları aşkar edilib.
Ərazinin zibillənməsi halları ilə bağlı son 1 həftə ərzində 18 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələbini pozduğuna görə inzibati qaydada protokol tərtib olunub.
Bundan əlavə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının son bir neçə gün ərzində tütün məmulatlarından istifadə qaydalarını pozan şəxslərlə bağlı keçirdikləri profilaktik tədbirlər nəticəsində rayon ərazisində yerləşən kafe, restoran və digər qadağan olunmuş yerlərdə siqaret çəkən, eləcə də tütün məmulatı tullantılarını ətrafa atan 11 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
"Zibil problemi" teqi üzrə xəbərlər
- Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimə məbləği 6 dəfə artırılıb
- Azərbaycanda cərimələrdən biri 10 dəfə ARTIRILDI
- Binə qəsəbəsində tullantı məskəni olan su kanalı təmizləndi
- Binə qəsəbəsində şəhidlərin abidəsinin önündə zibil qutuları narazılıq yaratdı
- Zibilyığan maşınlar yolları zəbt edib
Rəylər