Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Biləsuvarda qəzada yaralanmış şəxs Bakıya gətirildi
Biləsuvarda qəzada yaralanan şəxs Bakıya gətirilib.
Oxu.Az "Unikal"a istinadən məlumat verir ki, qəzadan sonra iki nəfər - bacı-qardaş, Türkanə Kərimli və Eşqin Kərimli Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində müalicə olunur.
Bu gün Türkanə Kərimli müayinə və müalicə üçün Bakı şəhərinə ixtisaslaşmış xəstəxanalardan birinə yola salınıb.
Qeyd edək ki, bir neçə gün öncə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunda 3 nəfərin ölümü, 8 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş vermişdi.
Qəzada dünyasını dəyişənlər VAZ-2107 markalı avtomobildə olub. Onlar Beyləqanın Yuxarı Aran qəsəbəsinin sakinləridir.
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
- Mingəçevirdə avtomobil işıq dirəyinə çırpıldı: Xəsarət alan var
- Qaxda yük maşınının vurduğu azyaşlının son durumu AÇIQLANDI
- Gədəbəydə avtomobil maneəyə çırpılıb: Xəsarət alan var
- Hacıqabulda üç nəfərin ölümünə səbəb olan qəzanın ANBAAN GÖRÜNTÜSÜ
- Ağstafada avtomobil maneəyə çırpıldı: Xəsarət alanlar var
Rəylər