Biləsuvar rayonunda küləklə müşayiət olunan leysan yağışı bəzi fəsadlar törədib.
Oxu.Az xəbər verir ki, Biləsuvar Elektrik Şəbəkəsindən "Report"a verilən məlumata görə, nəticədə rayonun Xırmandalı, Bağbanlar kəndləri və Biləsuvar şəhərinin bir hissəsi işıqsız qalıb.
Qeyd olunub ki, yağışın elektrik təsərrüfatına vurduğu ziyanın həcmi çox olduğundan təmir-bərpa işlərinin vaxtı yubanır. Hazırda təmir briqadaları ərazidə işləri fasiləsiz davam etdirir. Xırmandalı kəndində elektrik enerjisinin verilişi artıq bərpa olunub, yaxın vaxtlarda problem tam aradan qaldırılacaq.
Qeyd edək ki, sözügedən ərazilərdə artıq 5 saata yaxındır ki, işıq yoxdur.
Biləsuvar şəhərinin bəzi ərazilərində elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Report"a rayon sakinləri məlumat veriblər.
Sakinlərin bildirdiyinə görə, küləklə müşahidə olunan leysan yağışına görə elektrik enerjisinin verilməsində fasilə yarandığı bildirilir. Artıq 3 saatdan çoxdur ki, Biləsuvar şəhərinin bəzi əraziləri işıqsızdır.
Qeyd edək ki, hazırda rayon ərazisində sakit hava şəraiti müşahidə olunur.