Fasiləsiz yağan yağış və ildırım çaxması nəticəsində Xəzər rayonunun Binə qəsəbəsi işıqsız qalıb.
Oxu.Az xəbər verir ki, qəsəbə sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, 1 saatdan artıqdır ki, qəsəbənin Südçülük Sovxozu ərazisində elektrik enerjisi kəsilib.
Bu gün qəsəbəyə fasilələrlə işıq verilib. Səhər saatlarında da qəsəbədə işıq kəsilib.
S.B.
www.oxu.az