Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Binədə güclü yanğın olub: Sakinlər xüsusi texnika ilə xilas ediliblər
Bakının Binə qəsəbəsində beşmərtəbəli binada yanğın baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən beşmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının beşmərtəbəli yataqxana binasının dördüncü mərtəbəsindəki mənzildə baş verdiyi və sakinlərdən bir neçəsinin binanı tərk edə bilməməsi səbəbindən təhlükəli vəziyyətlə üz-üzə qaldığı müəyyən edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Həmçinin xüsusi təyinatlı texnikanın - avtokranın tətbiqi ilə yuxarı mərtəbələrdə təhlükədə qalmış sakinlər xilas ediliblər.
Yanğın nəticəsində ümumi sahəsi 40kv.m. olan ikiotaqlı mənzilin yanar konstruksiyaları yanıb, yüksək temperaturdan ümumi dəhlizin divarları 20kv.m. sahədə deformasiya edib.
Digər mənzillər yanğından mühafizə olunub.

"Yanğın hadisəsi" teqi üzrə xəbərlər
- Bakıda qaz balonu quraşdırılmış avtomobil yandı: Xəsarət alan şəxsin SON DURUMU AÇIQLANDI
- Ucarda 15 hektar ərazi yanaraq külə döndü
- Gəncədə yanğın evləri külə döndərdi: "Körpə uşağım var, yaşamağa yerimiz yoxdur"
- Sumqayıtda reabilitasiya mərkəzində yanğın: Xəsarət alan şəxsin son durumu AÇIQLANDI
- Meksikada 500-dən çox avtomobilin alovlanmasının səmadan görüntüsü