Bakının Binəqədi rayonunda, S.S.Axundov küçəsindəki iki bina arasında olan yolda yaranan problem həllini tapıb.
Bu barədə Oxu.Az-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.
Bildirilib ki, sözügedən ünvanda lazımi tədbirlər görülüb və problem aradan qaldırılıb.
"Ötən gün əraziyə baxış keçirən briqada yaxınlıqda digər nəqliyyat vasitəsinin saxlanılması səbəbindən doldurma işlərini həyata keçirə bilməyib. Eyni zamanda, yağan yağışlar torpaqda çökməyə səbəb olub.
Bu gün ərzində lazımi tədbirlər görülüb, ərazi doldurularaq bərpa edilib", - deyə məlumatda vurğulanıb.
Əzizə İsmayılova