Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş Yusif Mirzəli oğlu Məmmədov dəfn olunub.
Oxu.Az xəbər verir ki, o, Sumqayıt şəhərinin Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Xatırladaq ki, Yusif Məmmədov 1972-ci il iyunun 29-da Sumqayıt şəhərində doğulub. O, 1994-cü il fevralın 7-də Kəlbəcər rayonu, Murovdağ ərazisində itkin düşüb.
Birinci Qarabağ müharibəsi zamanında itkin düşmüş Yusif Mirzəli oğlu Məmmədovun dəfn mərasimi keçirilir.
Oxu.Az xəbər verir ki, dəfn mərasimində şəhidin doğmaları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Onun nəşi torpağa tapşırılmaq üçün Sumqayıt şəhəri Şəhidlər xiyabanına gətirilib.
Xatırladaq ki, Yusif Məmmədov 1972-ci il iyunun 29-da Sumqayıt şəhərində doğulub. O, 1994-cü il fevralın 7-də Kəlbəcər rayonu, Murovdağ ərazisində itkin düşüb.
Aygün Mirakif