Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Ağdamda Birinci Qarabağ müharibəsində şəhid olan Məmməd Mirzəyev dəfn olunub
1992-ci ilin fevral ayının 17-də Xocavənd rayonunun Qaradağlı kəndi istiqamətində gedən döyüşlərdə itkin düşən və 32 il sonra meyitinin qalıqları tapılan Birinci Qarabağ müharibəsinin şəhidi, Ağdam rayon Güllücə kənd sakini, 1967-ci il təvəllüdlü Məmməd Hüseyn oğlu Mirzəyev dəfn edilib.
Oxu.Az xəbər verir ki, şəhid Məmməd Mirzəyev Ağdam rayon Şəhidlər xiyabanında torpağa tapşırılıb.

1992-ci ilin fevral ayının 17-də Xocavənd rayonunun Qaradağlı kəndi istiqamətində gedən döyüşlərdə itkin düşən və 32 il sonra meyitinin qalıqları tapılan Birinci Qarabağ müharibəsinin şəhidi, Ağdam rayon Güllücə kənd sakini, 1967-ci il təvəllüdlü Məmməd Hüseyn oğlu Mirzəyevlə vida mərasimi keçirilir.
Oxu.Az xəbər verir ki, vida mərasimi onun ailəsinin müvəqqəti məskunlaşdığı Ağdam rayonu, "Dörd yol-2" qəsəbəsindəki evdə başlayıb.
1992-ci ilin fevral ayının 17-də Xocavənd rayonunun Qaradağlı kəndi istiqamətində gedən döyüşlərdə itkin düşən və 32 il sonra meyitinin qalıqları tapılan Birinci Qarabağ müharibəsinin şəhidi bu gün dəfn ediləcək.
Oxu.Az xəbər verir ki, hərbi qulluqçu, Ağdam rayon Güllücə kənd sakini, 1967-ci il təvəllüdlü Məmməd Hüseyn oğlu Mirzəyev bu gün doğulduğu Ağdam rayonunda - Quzanlı qəsəbəsində yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılacaq.
Dəfn mərasimində rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri və mərhumun yaxınları iştirak edəcəklər.
Rövşən Əsədov
"Şəhid dəfni" teqi üzrə xəbərlər
- Cəbrayılda Birinci Qarabağ müharibəsinin şəhidi Ələsgər Mirzəliyev dəfn edilib
- Şəhid qardaşı: "Onu sonuncu dəfə 1992-ci ildə görmüşdüm"
- Suraxanıda I Qarabağ müharibəsinin itkin şəhidi Mübariz Hüseynov dəfn edilib
- Birinci Qarabağ müharibəsinin daha üç itkin şəhidi dəfn olunacaq
- Gədəbəydə qar uçqununda həlak olan hərbçi Əli İmanov Sabirabadda dəfn edilib