Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha üç şəhid dəfn olunacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
İtkin şəhidlərin hər üçü hərbçidir. Onlardan biri Mübariz Sabəddin oğlu Hüseynov, digərləri isə Ələsgər Fərzalı oğlu Mirzəliyev və Münasib Namaz oğlu Mehdiyevdir.
M.Hüseynov sabah Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsindəki Şəhidlər xiyabanında, Ə.Mirzəliyev Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndinin "Lələtəpə" qəbiristanlığında, M.Mehdiyev isə Samux rayonunun Qovlarsarı kənd qəbiristanlığında dəfn olunacaq.