Birinci Qarabağ müharibəsi zamanında itkin düşmüş Sahil Nurəddin oğlu İbrahimov dəfn edilib.
Oxu.Az xəbər verir ki, onun nəşi Suraxanı rayonu, Əmircan qəsəbəsinin qəbiristanlığında torpağa tapşırılıb.



Daha çox foto burada: PhotoStock.az
Birinci Qarabağ müharibəsi zamanında itkin düşmüş Sahil Nurəddin oğlu İbrahimovun dəfn mərasimi keçirilir.
Oxu.Az xəbər verir ki, onun nəşi torpağa tapşırılmaq üçün Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsinin qəbiristanlığına gətirilib.
Dəfn mərasimində şəhidin doğmaları, ictimaiyyət nümayəndələri, hərbçilər iştirak edirlər.
Birinci Qarabağ müharibəsi zamanında itkin düşmüş Sahil Nurəddin oğlu İbrahimovun nəşi yaşadığı ünvana gətirilib.
Oxu.Az xəbər verir ki, hazırda şəhidin vida mərasimi keçirilir.
Vida mərasimində şəhidin doğmaları, ictimaiyyət nümayəndələri, hərbçilər iştirak edirlər.
Mərasimdən sonra onun nəşi Suraxanı rayonu, Əmircan qəsəbəsinin qəbiristanlığına torpağa tapşırılacaq.
Xatırladaq ki, Sahil Nurəddin oğlu İbrahimov 1993-cü il fevralın 9-da Ağdərə rayonu, Mehmanə kəndində itkin düşüb.
Əzizə İsmayılova