Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Birinci Qarabağ müharibəsinin şəhidi İdris Baxışov Qubada dəfn olundu
Birinci Qarabağ müharibəsinin şəhidi İdris Baxışovun cəsədinin qalıqları iyulun 12-də Qubada dəfn olunub.
AZƏRTAC xəbər verir ki, 1993-cü ilin aprel ayında Kəlbəcərdə şəhidlik zirvəsinə ucalan qəhrəman döyüşçü itkin düşmüş sayılırdı. Onun nəşinin qalıqları Vətən müharibəsində düşməndən azad edilən Kəlbəcərdə tapılıb və ölümündən 31 il sonra doğma yurdunda torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin ailə üzvləri ilə yanaşı, Quba Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin, hüquq-mühafizə orqanlarının, rayon ictimaiyyətinin nümayəndələri, qazilər və kənd sakinləri iştirak ediblər.
İdris Osman oğlu Baxışov 1973-cü il dekabrın 25-də Quba rayonunun Qənidərə kəndində doğulub. Birinci Qarabağ müharibəsində Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla döyüşüb. 1993-cü il aprel ayının 1-də şəhidlik zirvəsinə ucalıb və itkin düşmüş sayılıb.

"Şəhid dəfni" teqi üzrə xəbərlər
- Şəhid Tərlan Məmmədovun anası: "31 ildən sonra oğlumu tapıb gətirdilər"
- Cəbrayılda Birinci Qarabağ müharibəsinin şəhidi Müşfiq Quliyev dəfn edilib
- Salyanda Birinci Qarabağ müharibəsinin şəhidi Elşad Tağıyev dəfn edilib
- Birinci Qarabağ müharibəsinin üç şəhidi bu gün dəfn olunacaq
- Şəhid bacısı ilə şəhid qardaşı nişanlandılar