Həlı 12-15 il əvvəl azərbaycanlı futbolçular Avropada ən kasıblardan hesab olunurdular, hətta milli yığmaya dəvət olunanlar ayda 500-600 dollardan çox qazanc əldə etmirdilər. Bu gün isə Azərbaycanın milli yığmasının oyunçuları öz klublarında həmin məbləğdən 20 dəfə çox pul alırlar.
Əlbəttə, özgə cibindəki pulları saymaq düzgün deyil, lakin biz yalnız futbolçuların əmək haqlarında irəliləyişin olduğunu, onların oyunlarının əvvəlki səviyyədə qaldığını görürüksə, o zaman saymaq heç də günah olmayacaq.
Yoxsa necə olur ki, bizim yığmamız Avropanın orta səviyyəli yığmaları üçün də asan rəqib olduğu vaxtlardan az şey dəyişib – komanda elə indi də belə “rəqiblərdəndir”. Yığmanın əvvəllər orta səviyyəli Avropa klublarına düşməyə can atan oyunçuları isə artıq bu barədə düşünmürlər. Niyə də düşünsünlər axı? Elə həmin Polşa, Avstriya, İsveçrə, Macarıstan klublarında onlar yığmada aldıqları qədər pul qazanacaqlar, hətta bəlkə də daha az məbləğdə qazanc əldə edəcəklər. Belə olan halda Vətəni nə üçün tərk etməli? Əgər burada ayda 25-30 min dollar qazana bilirsənsə, Azərbaycandan nə üçün getməlisən? Rusiya yaxud Türkiyənin klubları isə bizimkilər üçün bir vaxtlar olduğu kimi əlçatmazdır, arzuların son həddidir.
Məsələn, “Xəzər-Lənkəran” klubu ilə müqavilə imzalamış Ruslan Abışov Kazanın “Rubin” klubuna keçdi. Bəs nə üçün? Rusiya çempionatı və Kubokunda bir neçə matçda oynamaq üçün? Eyni şeyi son illər Türkiyə və Azərbaycan arasında keçirən Rəşad Sadıqov haqqında da demək olar. Təəssüf ki, bu futbolçu hətta “Kocaelispor” və “Kayserispor” kimi orta səviyyəli komandaların heyətində də qala bilmədi. Rusiya premyer-liqasının autsayderlərindən biri – Nijeqorodun “Volqas”ının heyətində heç bir şeylə fərqlənməyən Vaqif Cavadov necə? Amma hər iki fubolçu üçün “Qarabağ”ın heyətində çox rahatdır – pul gəlir, oyun təcrübəsi də kifayət qədərdir.
Eyni şeyi əsasən Azərbaycana oynamaq yox, karyerasını başa çatdırmaq üçün gələn ikinci dərəcəli legionerlər haqqında da demək olar. Kifayət qədər əmək haqqı alıb “Bakı” klubunun ehtiyat oyunçular skaymyasında əyləşən Uinston Parks buna nümunədir.
Bu günlərdə isə Culius Vobay və Nikolas Kanales “Neftçi”dən kifayət qədər pul almadıqlarını düşünüb, yeni müqavilə imzalamağı tələb ediblər – bu dəfə, əmək haqqının 50% artırılması şərtilə. Bəli, bu futbolçular komandanın liderlərindən biridirlər, lakin onlar beynəlxalq arenada HANSI uğurlara nail olublar? Avropa nəhəngləri üçün ikinci dərəcəli olan Avropa Liqasında “İnter”in üçüncü heyəti ilə heç bir əhəmiyyəti olmayan matçda 2:2 hesabı ilə oynayıblar?
Yaxud yuxarıda adı çəkilmiş oyunçulardan az qazanmayan qapıçı Kamran Ağayev? O, Avropa futbolunda nəyə nail olub? “Kənddə birinci oğlan” tituluna? Keçmişdə qalmış və hətta MDB məkanında əhəmiyyəti olmayan turnirlərdən başqa, onu və onun yığma, klub üzrə tərəfdaşlarını hansı medallar və turnirlər bəzəyir?
Bəlkə futbolçular üçün özünəməxsus əməkhaqqı hüdudu– bu hüdud avrokuboklarda bir neçə təsnifat mərhələsinin keçməsi ola bilər – təyin etmək, qənaət olunmuş vəsaitləri isə öz gələcəyinin yüksəldiməsi və inkişafına, yəni, uşaq futboluna yönəltmək lazımdır?Doğru deyilmi, cənablar?
www.day.az
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin