Azərbaycan ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti mayın 30-dək davam edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, mayın 31-dən başlayaraq ölkə ərazisində havanın temperaturunda yüksəlmə müşahidə olunacaq.
Belə ki, Bakı və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə temperatur rejimi 3-4 dərəcə yüksələcək.
Qeyd edək ki, son günlər ölkə ərazisində qeyri-sabit, dəyişkən buludlu və əsasən yağmurlu hava şəraiti müşahidə olunur. Bu günlərdə havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə düşüb.
www.apa.az
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin