"Mövcud yağış sularının axıdılması sistemi müasir iqlim çağırışlarına tam cavab verə bilmədi".
Oxu.Az xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov aprelin 15-16-da güclü yağışdan sonra yaranan mövcud vəziyyəti şərh edərkən deyib.
O bildirib ki, leysan zamanı nasos stansiyaları həddindən artıq yüklənib, boru xətləri isə artıq zəruri ötürücülük qabiliyyətini itirib:
"Bu isə onu göstərir ki, şəhər infrastrukturu, ilk növbədə kanalizasiya sistemi, yeni yanaşmaları zəruri edir".
Aygün Mirakif