Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bu gecə "ulduz yağışı" olacaq
"Bu gecə "ulduz yağışı" gözlənilir".
Oxu.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, bu barədə Moskva planetariumunun mətbuat xidməti xəbər yayıb.
Qeyd edilib ki, Cənubi delta-Akvarid meteor axını 31 iyul gecəsi pik aktivliyinə çatacaq.
"30-31 iyul gecəsi Dolça bürcündən Cənubi delta-Akvarid meteor axını maksimum fəaliyyətinə çatır", - deyə planetariumdan bildirilib.
Qeyd edilib ki, "ulduz yağışı" 12 iyuldan 23 avqusta qədər müşahidə olunur. Bu astronomik hadisə Cənub yarımkürəsində daha yaxşı görünür. Şimal enliklərində isə aydın havada səmadakı parıltıları izləmək üçün ən yaxşı vaxt səhər saatları olacaq.
"Meteorit (səma cismi)" teqi üzrə xəbərlər
- Xirosima bombasından 500 dəfə güclü: Yerə yaxınlaşan asteroid barədə qorxunc AÇIQLAMA
- Çelyabinsk meteoritindən 3-4 dəfə böyük asteroidin yerlə toqquşacağı tarix açıqlandı
- Səma "qonağı" - Rusiyalılar gündüz vaxtı unikal hadisənin şahidi oldular
- ABŞ-də siyirmənin içindən çıxan daş Marsda suyun olduğunu göstərdi
- Türkiyə səmasında uçan yaşıl işıq göründü