Səfər ayının iyirmisi İmam Hüseynin şəhid edilməsinin 40-cı günüdür.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, Hicri-qəməri tarixinin ikinci ayı yəni səfərin 20-si İmam Hüseynin (ə) Kərbəlada şəhid edilməsinin 40-cı gününə təsadüf edir ki, bu günü müsəlmanların əksəriyyəti matəm günü kimi qeyd edirlər.
Bu gündə İslam tarixində bir çox hadisələr baş verib. Məhz bu gün İmam Hüseynin kəsilmiş mübarək başı dördüncü İmam Zeynülabidin (ə) vasitəsilə Kərbəlaya gətirilərək, onun mübarək cənazəsilə bir yerdə dəfn edilib. Tarixi sənədlərə əsasən, elə bu gündə İmam Hüseynin əsir edilmiş ailəsi Şamdan Kərbəlaya geri dönüblər. İmamın ailəsi bu gündə onun qəbrini ziyarət etməyə nail olublar və sonra isə Mədinəyə yola düşüblər.
İmam Hüseynin qırxı günündə peyğəmbərin (s) tanınmış səhabəsi Cabir ibni Abdullah Ənsari və digər səhabə Ətiyyə İmamı ziyarət ediblər.
Ərbəin günü üçün tövsiyə edilən ən savab əməl İmamın qəbrini ziyarət etməkdir. Elə buna görədir ki, İraqda intensiv terror aktlarına baxmayaraq, bu gündə İmamın ziyarətinə gedənlərin sayı bir milyon yarım zəvvarı keçib.