Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Bu gündən xəstəlik vərəqələri elektron formada veriləcək
Bu gündən Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində sığortaolunanlar üçün xəstəlik vərəqələri elektron sənəd formasında veriləcək.
Oxu.Az xəbər verir ki, xəstəlik vərəqələri Səhiyyə Nazirliyinin "Vahid Səhiyyə İnformasiya Sistemi" vasitəsilə hazırlanacaq.
Bundan sonra tibb müəssisələri xəstəlik vərəqələrini e-imza ilə təsdiq edərək işəgötürənə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Sosial Müdafiə Fonduna (DSMF) e-qaydada göndəriləcək. Həmin e-sənəd DSMF tərəfindən işçiyə müvəqqəti əmək qabiliyyətinin itirilməsinə, hamiləliyə və doğuma görə müavinətlərin təyinatı üçün əsas olacaq.
Bu məqsədlə Səhiyyə Nazirliyi tərəfindən ƏƏSMN ilə birgə elektron xəstəlik vərəqələrinə dair məlumatlar vahid e-reyestrdə birləşdirilib.
Nəticədə işəgötürənlər bu e-bülletenləri ƏƏSMN-in müvafiq informasiya sistemindən, tibb işçiləri isə "e-Səhiyyə" portalı və mobil tətbiqindən asan və rahat şəkildə əldə edə biləcək.
Bundan əlavə, elektron xəstəlik vərəqini qeyri-iş günlərində də almaq mümkün olacaq.
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN)" teqi üzrə xəbərlər
- Anar Əliyevdən yüksək vəzifəyə YENİ TƏYİNAT
- "Dövlət icbari şəxsi sığorta" altsisteminin əhatə dairəsi məhdudlaşdırıldı
- Sabah pensiyalar tam ödəniləcək
- Sığınacaqdan çıxarılan qadın danışdı: "Natəmiz vəziyyətdə yaşayıram, gecələr də küçədə qalıram"
- Bu ilin dörd ayı ərzində 17 mindən çox şəxsə pensiya təyinatı aparılıb