Bu il Azərbaycanda 116 550 şagird məzun olur.
Oxu.Az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Bildirilib ki, onlardan 55 min 954 nəfəri qız, 60 min 596 nəfəri oğlan şagirdləridir.
Xatırladaq ki, bütün dövlət ümumtəhsil müəssisələrində "Son zəng" iyunun 13-də keçiriləcək.
Qaynar xətt:
(055) 224 12 12