Bu ilin dörd ayı üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqinə düşən şirkətlərin sayı məlum olub.
Oxu.Az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə “İxrac İcmalı”nın 2020-ci ilin may sayı ilə bağlı keçirdiyi canlı yayımda deyib.
Onun sözlərinə görə, yanvar-aprel ayları üzrə ilk onluqda aşağıdakı şirkətlərin adları qeyd olunub:
“Socar Polymer” MMC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, “MKT İstehsalat Kommersiya” MMC, “Land Lojistic” MMC, “Sun Food” MMC, “STDC” MMC, “Aqrovest” MMC, “Natural Fruit” MMC," “Baku Steel Company” və “P-Aqro” MMC.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə SOCAR-ın “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir.
Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: “Azərenerji” ATSC, “Azəralüminium” MMC, “Azergold” QSC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC, “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC, “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC, Naxçıvan MR Dövlət Energetika Xidməti və “ASK Şüşə” MMC”.
Könül Cəfərli