Tovuz rayon Köhnəqala kənd orta məktəbi yarasız vəziyyətdədir.
Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəklərdə paylaşım edilib.
Məktəb binasının uçuq-sökük, sinif otaqlarının isə soyuq və yararsız olması diqqətə çatdırılıb. Kənd sakinlərinin sözlərinə görə, şagirdlər çox çətin şəraitdə məktəbə gedirlər. 40 ildir istifadəyə verilən məktəb bir dəfə dә təmir olunmayıb. 640 yerlik məktəbdə hazırda 470 şagird təhsil alır.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna Təhsil Nazirliyindən cavab verilib. Bildirilib ki, hazırda Tovuz rayon Köhnəqala kənd orta məktəbinin yenidən qurulması üçün müvafiq qurumlarla danışıqlar aparılır.
Könül Cəfərli
Rəylər