Bərpaolunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyalarının (GES) tikintisinə icazə alınması müddəti uzadılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, "Cəbrayıl rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında" 29 oktyabr 2024-cü il tarixli qərarı ilə Cəbrayıl rayonunun inzibati ərazisində yerləşən bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilmiş torpaq sahəsində günəş elektrik stansiyalarının tikintisinə icazə alınmasının müddəti "Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadə haqqında" qanunun 6.7-ci maddəsinə uyğun olaraq 1 il müddətinə uzadılıb.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu Qərara uyğun olaraq, tikintiyə icazə verildikdə həmin gündən, müəyyən edilmiş müddətdə tikintiyə icazə verilmədikdə isə müddət başa çatdığı gündən üç gün müddətində Nazirlər Kabinetinə məlumat verməlidir.