Dağıstan Xalq Məclisinin deputatları Fyodor Şukini respublikanın rəhbəri seçiblər. O, mayın 4-dən regionun rəhbəri vəzifələrini icra edirdi.
Oxu.Az-ın xəbərinə görə, bu barədə TASS məlumat yayıb.
Bildirilib, gizli səsvermə zamanı 87 deputatdan 78-i Şukinə səs verib.
Ölkənin hesablama komissiyasının sədri Artur İsrailov F.Şukinin Dağıstan Respublikasının rəhbəri seçildiyini bəyan edib.
Qaynar xətt:
(055) 224 12 12