Cəlilabad rayon sakini küçədə tanımadığı şəxslər tərəfindən döyülərək öldürülüb.
Oxu.Az-ın məlumatına görə, rayon sakini, 1991-ci il təvəllüdlü Mirzəyev Rəcəb Vidadi oğlu bir və ya bir neçə şəxs tərəfindən küt alətlə döyülüb.
Yaralı Cəlilabad rayon Mərkəzi Xəstəxanasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda hadisənin baş vermə səbəbləri istintaq yolu ilə araşdırılır.
İlhamə Əbülfət