Cəlilabad rayonunda intihar hadisəsi qeydə alınıb.
Oxu.Az xəbər verir ki, Rayon Prokurorluğundan “Report”a verilən məlumata görə, rayonun Fətullaqışlaq kənd sakini, 1994-cü il təvəllüdlü Tünzalə Əliyeva özünü yaşadığı evin yardımçı təsərrüfatında asaraq intihar edib.
Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. İntiharın səbəbi araşdırmalardan sonra məlum olacaq.
E.Ə.
www.oxu.az