Cəlilabad rayonu, Babalı kəndində ümumi sahəsi 153 kvadratmetr olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin 3 otağının və dam örtüyünün yanar konstruksiyaları 105 kvadratmetr sahədə yanıb.
Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.