Cəlilabadda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, yol-nəqliyyat hadisəsi Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun Abdullu kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan VAZ-2107 markalı minik avtomobili yol kənarında dayanan “QAZel” markalı yük avtomobilinə çırpılıb.
Hadisə nəticəsində iki nəfər Cəlilabad rayon sakini xəsarət alıb. Onlardan biri - 1997-ci il təvəllüdlü Fərid Qərib oğlu Musayev ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.