Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Daha 207 "kirayə mənzil" satışa çıxarılır
İpoteka və Kredit Zəmanət Fondu (İKZF) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Abşeron rayonu, Saray qəsəbəsində yerləşən yaşayış kompleksində daha 207 yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edir.
Oxu.Az xəbər verir ki, bu barədə İKZF məlumat yayıb.
Bildirilib ki, yaşayış sahələri 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 448 manatdan başlayır.
Yeni mənzillər seçim üçün 11 sentyabr 2024-cü ildən etibarən açıq olacaq. Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.
Müraciətlərin qəbulu və mənzil seçimi Elektron hökumət portalına (e-gov.az) inteqrasiya edilmiş Elektron ipoteka və kredit zəmanət sistemi üzərindən həyata keçirilir.
Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi qaydası, müraciətlərin qəbulu, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı fondun internet səhifəsi və rəsmi "YouTube" kanalı, həmçinin "1549" Çağrı Mərkəzindən əldə etmək mümkündür.
Qeyd edək ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 5 300-dən çox vətəndaş və ya ailə özünün mənzil şəraitini yaxşılaşdırıb.
"İpoteka və Kredit Zəmanət Fondu (İKZF)" teqi üzrə xəbərlər
- Ev almaq istəyənlərin NƏZƏRİNƏ: 21 yanvarda çox sayda tam təmirli mənzillər TƏQDİM EDİLƏCƏK
- İpoteka və Kredit Zəmanət Fondunun zəmanəti ilə sahibkarlara 540 milyon manatdan çox kredit verilib
- Deputat: "Gələn ildən daha çox vətəndaşımız ipoteka kreditindən faydalana biləcək"
- İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 100 milyon manat artırılacaq
- Azərbaycanda daha 369 mənzil satmaq öhdəliyi ilə kirayəyə veriləcək
Rəylər