"Real Madrid" hazırda PSJ-də çıxış edən mərakeşli müdafiəçi Əşrəf Hakimini komandaya qaytarmağı düşünür.
Oxu.Az Goal.com-a istinadla xəbər verir ki, Əşrəf Hakimi "Kral" klubunun yetirməsidir.
Mərakeşli futbolçu "Real Madrid"də möhkəmlənə bilməyib və 2020-ci ildə Milan "İnter"inə gedib.
O, 2021-ci ildən Paris nəhəngində oynayır.
Qeyd edək ki, Əşrəf Hakimi Fransa çempionatının cari mövsümündə üç oyun keçirib, bir qol vurub və bir məhsuldar ötürmə edib. Onun PSJ ilə müqaviləsi 2026-cı ilin ortalarına qədərdir.
Rəylər