Göyçayda intihar hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, Rayon Polis Şöbəsindən APA – nın yerli bürosuna verilən məlumata görə, hadisə bu gün 16:30 radələrində rayonun Ləkçıplaq kəndində qeydə alınıb.
Kənd sakini 1960 – ci il təvəllüdlü Əhmədova Nərgiz Ata qızı özünü yaşadığı evin həyətində iplə asaraq, intihar edib.
İntiharın səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.