"Mərkəzləşdirilmiş data hövzəsinin yaradılması istiqamətində işlərə başlanılıb".
Oxu.Az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) "Rəqəmsal arxitektura: Proqram idarəetməsi və nəticəəsaslı yanaşma" mövzusunda keçirilən dəyirmi masada deyib.

O bildirib ki, rəqəmsallaşmaya keçiddə ilk növbədə müvafiq data hövzəsinin yaradılması vacibdir:
"Artıq mərkəzləşdirilmiş data hövzəsinin yaradılması istiqamətində işlərə başlanılıb.
Bir çox dövlət qurumlarının tətbiqlər üzərindən xidmətləri dayandırılaraq "MyGov"a inteqrasiya olunub. İlin sonuna qədər yeddi əlavə tətbiq üzərindən xidmətin dayandırılaraq "MyGov" üzərindən aparılmasına başlanılacaq".