“Əlimdə faktım yoxdur ki, bunu təxribat adlandırım. Mənə görə, “Azərsun Sənaye Parkı”ndakı yanğın səhlənkarlığın nəticəsidir”.
Bunu Bakupost.az-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Aqil Abbas deyib.
Deputat kompleksin mühafizəçilərinin ehtiyatsız davrandıqlarını düşünür:
“Ukraynaya yardım göndərdiyinə görə orada yanğın törətmək ağlabatan deyil. Mənə görə, bu yanğın səhlənkarlığın nəticəsidir. Amma hər halda bütün versiyalar yoxlanılacaq.
İnsanların səhlənkarlığı belə bir ağır nəticəyə gətirib çıxarır. “Azərsun Sənaye Parkı”nın kifayət qədər mühafizəçisi var. Düşünürəm ki, onlar da səhlənkarlıq ediblər. Lap təxribatçılar da törətmiş olsalar, mühafizəçilər onları tutmalı və qarşısını almalı idilər. Görünür, onların işində də boşluqlar var. Cinayət işi açılıb və məsuliyyətə cəlb olunanlar ola bilər”.
Rəylər