Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Deputat: "Bakıda 18 min nəfərə bir ambulans düşür"
"Bakıda 139 təcili tibbi yardım avtomobili fəaliyyət göstərir. Paytaxtda rəsmi olaraq 2,5 milyona yaxın insanın qeydiyyatda olduğunu nəzərə alsaq, 18 min nəfərə 1 ambulans düşür. Onlar da yollardakı tıxaclardan hərəkət edə bilmirlər".
"Qafqazinfo" xəbər verir ki, bu fikirləri deputat Zahid Oruc Milli Məclisin plenar iclasında bildirib.
Millət vəkili vurğulayıb ki, Bakıda qeyri-rəsmi yaşayanları da əlavə etsək, vəziyyəti təsəvvürə gətirmək çətin deyil:
"Əhalisi 1,2 milyon nəfər olan Tbilisidə isə təcili yardım maşınlarının sayı 200-yə yaxındır".
"Təcili Tibbi Yardım" teqi üzrə xəbərlər
- Bakıda 9 yaşlı qız vəfat etdi - Təcili yardım NİYƏ GECİKİB?
- Xırdalan sakinləri Təcili Tibbi Yardımın qəbuluna niyə düşə bilmirlər?
- Sabirabad xəstəxanasında səhlənkarlıq İDDİASI: Təcili tibbi yardım maşınları çağırışa getmir?
- Təcili yardım maşını niyə qapısız idarə edilib? - CAVAB
- Təcili yardım çağırışına gedən həkim özü xəstəxanalıq olub: Qarşı tərəfi hansı cəza gözləyir?
Ən çox oxunanlar